<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Yeni ildə bir daha sevincimiz çoxalsın,
 Rəbbin günü yaxındır, qəm-qüssəmiz azalsın.
 Yeni ildə Məsihlə irəli addımlayaq,
 Padşahlığa çağıran Səsini unutmayaq .

[V2]
 Yeni ildə bir daha düzgün həyatımızla
 Rəbbin böyük lütfünü, xilasını doğruldaq.
 Yeni ildə ruhumuz imanda möhkəmlənsin,
 Böyük Allah bizlərə bol xeyir-dua versin!

[V3]
 Yeni ildə bir daha bəhrələri artıraq,
 Rəbbin himayəsinə, gücünə arxalanaq.
 Yeni ildə artıraq Rəbbə xidmətimizi,
 Dolduraq Göylərdəki xəzinələrimizi.
 Bu yeni il qəlblərə şadlıq, sevinc gətirsin,
 Xoşbəxtlik, səadət bəxş etsin.</lyrics>
<title>Yeni ildə bir daha sevincimiz İL150</title>
<hymn_number>150</hymn_number>
</song>